Rusiyanın hərbi cinayətlərinə görə artıq 42 ölkə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.
“10-a yaxın ölkə isə Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri müstəqil şəkildə, həmçinin birgə istintaq qrupu çərçivəsində Ukraynanın hüquq-mühafizə orqanları və prokurorluğu ilə birlikdə araşdırır”, - o bildirib.