Kiyev yaxınlığında daha bir kütləvi məzarlıq tapıldı - VİDEO

13:40 11 Aprel 2022

Ukraynanın Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya hərbçilərinin mülki əhaliyə qarşı qəddarlıqlarına dair sübutlar tapılmaqda davam edir. Belə ki, Buzovaya kəndində daha bir kütləvi məzarlıq tapılıb.

Bundan başqa sakinlər yollarda öldürülən onlarla dinc sakin barədə danışıblar.

“Berezovkadan Dmitrovkaya gedən bütün yol boyu 50-dən çox insan həlak olub. Onlar güllələniblər”, - deyə sakinlərdən biri bildirib.

 



Xəbər xətti