“Donbass uğrunda döyüşlər həlledici əhəmiyyətə malik olacaq”

15:46 11 Aprel 2022

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın yeni müharibə strategiyası barədə narahatlıqlarını dilə gətirib.

SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə “Əl Cəzirə”yə verdiyi müsahibəsində danışıb.

O bildirib ki, paytaxta nəzarəti ələ keçirmə cəhdi uğursuz olduqdan sonra Rusiya yenidən öz müharibə hədəflərini Ukraynanın şərqi əyalətlərinə yönləndirir. Zelenski Donbass bölgəsi uğrunda döyüşlərin həlledici əhəmiyyətə malik olacağı barədə xəbərdarlıq da edib.

“Əgər Donbassdakı qüvvələrimiz öz mövqelərini qoruyub saxlaya bilməsələr, o zaman Kiyevə və Kiyev vilayətinə yenidən hücumların olması mümkündür. Biz bu ərazilərin geri qaytarılmasını istəyirik, ancaq rusiyalılar bu əraziləri Ukraynanın bir hissəsi hesab etmirlər. Biz bunları müzakirə edəcəyik”, - deyə Zelenski qeyd edib.



Xəbər xətti