SOCAR Ukraynaya daha 100 tondan artıq yanacaq verib

19:09 11 Aprel 2022

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.

Bu barədə Musavat.com SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə istinadən məlumat verib.

Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.

“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik“, - deyə “SOCAR Energy Ukraine” şirkətinin məlumatında deyilir.

Xatırladaq ki, "SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verir.



Xəbər xətti