Rusiyanın Donbasda hücumu tezliklə başlaya bilər - Ukrayna MN

20:35 11 Aprel 2022

Rusiya Ukraynanın şərqində hücum əməliyyatına hazırlığı demək olar ki, başa çatdırıb və yaxın gələcəkdə aktiv döyüş əməliyyatlarına başlaya bilər.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

“Əldə etdiyimiz məlumata görə, düşmən öz bölmələrinin bərpasını başa çatdırmaq, Donetsk və Luqansk vilayətləri ərazisinə keçirmə mərhələsinə keçib. Bu ərazilərdə yaxın gələcəkdə haradasa aktiv döyüşlərin başlayacağını proqnozlaşdırırıq. Eyni zamanda, Ukrayna ordusu buna hazırdır. Bunun nə vaxt baş verəcəyini təxmin edə bilmərik. Qərb mənbələrindən xəbərlər var.

Son zamanlar Donetsk və Luqansk vilayətlərində demarkasiya xəttində Rusiya hərbçilərinin sayı xeyli artıb və bundan sonra da artacaq”, - MN sözçüsü qeyd edib.



Xəbər xətti