Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə dərhal parlament seçkilərinin keçirilməsini tələb edib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, İ.Xan bu barədə Tvitter səhifəsində yazıb.
“Dərhal seçkilərin keçirilməsini tələb edirik, bu, irəliyə aparan yeganə yoldur. Seçkilər xalqa baş nazir görmək istədiyi şəxsi dürüst və azad şəkildə seçmək imkanı verəcək”, - İmran Xan bildirib.