Rusiya qüvvələrinin Ukraynanın Mariupol şəhərində kimyəvi silah tətbiq etməsi ilə bağlı sosial media yazılarından xəbərdarıq. Hazırda bunu təsdiq edə bilmərik, ancaq vəziyyəti yaxından izləməyə davam edəcəyik.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
“Bu, Rusiyanın Ukraynada kimyəvi qarışıq gözyaşardıcı qaz da daxil olmaqla, müxtəlif kütləyə nəzarət agentlərindən istifadə etmə potensialı ilə bağlı narahatlığımızı təsdiqləyir”, - Kirbi bildirib.