Rusiyalı şoumen Maksim Qalkin Ukrayna ilə bağlı daha bir paylaşım edib.
SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqram səhifəsində Mariupoldan olan azyaşlı ukraynanlı uşağın videosunu paylaşıb. Qızcığaz Ukraynada yaşadıqlarından, şəhəri necə tərk etməsindən danışır.
“Uşaqlar bunu yaşamamalıdır. Uşaqlar öz balaca həyatlarından belə hekayələr danışmamalıdır. Bu ukraynalı qız dəqiq heç kimə hücum etmək istəmirdi...”, - Qalkin videonu şərh edib.
Qeyd edək ki, daha əvvəl də M. Qalkin Ukraynadakı müharibəyə ilə bağlı paylaşım etmişdi. Bundan əlavə, onun həyat yoldaşı SSRİ Xalq artisti Alla Puqaçovaya ilə Rusiyanı tərk etdiyi, İsraildə yaşadığı iddia olunur.