Rusiyanın Mariupol şəhərini mühasirəyə alması zamanı 10 mindən çox dinc sakin həlak olub.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Mariupolun meri Vadim Boyçenko deyib.
“Rusiyanın Mariupol şəhərini mühasirəyə alması zamanı 10 mindən çox dinc sakinin ölüb. Bu rəqəmin 20 minə çata biləcəyi ehtimalı böyükdür”, - o bildirib.
Boyçenko Rusiyanın mühasirə qurbanlarının cəsədlərini məhv etmək üçün Mariupola səyyar krematoriyalar gətirməsi ilə bağlı iddiaların yeni təfərrüatlarını açıqlayıb. O, qeyd edib ki, Rusiya qüvvələri cəsədlərin əksəriyyətini anbarları və soyuducuları olan nəhəng ticarət mərkəzinə köçürüb:
“Səyyar krematoriyalar yük maşınları formasında gəlib. Onları açırsan, içərisində boru var və bu cəsədlər yandırılır”.