Odessanın ətraf ərazilərindən birində NATO-nun monitorinq qrupunun Qara dənizdə 200 km-ə qədər radiusda istənilən gəminin dəqiq koordinatlarını təyin etməyə imkan verən avadanlıqla məxfi bazası yerləşir. Əsas mütəxəssislər Rumıniya “PMC Nordstarsupport Qrup”un əməkdaşlarıdır.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “RİA Novosti” hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, qrupun məqsədi Rusiya qoşunlarının Odessa vilayətinə gəlməsinin qarşısını almaqdır:
“Eyni zamanda, məqsəd Ukraynanın “Neptun” gəmi əleyhinə raketlərini idarə etmək üçün Rusiya hərbi gəmilərinin yerinin hədəf təyinatını verməkdir”.
Qeyd edək ki, bundan əvvəl Odessa vilayətinin Krasnoselka qəsəbəsi yaxınlığında əcnəbi muzdluların toplandığı təlim mərkəzi dağıdılıb. Rusiya MN-nin məlumatına görə, baza yüksək dəqiqliyə malik “Bastion” raketləri ilə vurulub. (Axar.az)