NATO: Müharibənin yeni mərhələsi daha qanlı olacaq

17:40 12 Aprel 2022

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatın ikinci mərhələsi daha qanlı olacaq.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana deyib.

“Biz tezliklə bu müharibənin ikinci mərhələsinə keçəcəyik. İkinci mərhələ olduqca qanlı olacaq. Bu mərhələdə müharibə daha böyük əraziləri əhatə edəcək. Ukraynanın şərq hissəsində, Donbasda və ölkənin cənubunda Krıma və Mariupola doğru müharibə genişlənəcək”, - o bildirib.

Coana qarşıdurmanın uzanmayacağına ümid edir:

“Lakin bunun üçün şanslar azdır. Mülki əhali arasında yeni itkilərin olacağından qorxuruq”.



Xəbər xətti