ABŞ Ukraynaya artilleriya və helikopterlərin tədarükü məsələsini nəzərdən keçirir.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
“Vaşinqton Post” qəzeti isə ABŞ Prezident Administrasiyasının nümayəndələrinə istinadən bildirib ki, Pentaqon Ukraynaya yeni hərbi yardım paketində Mi-17 helikopterləri və “Humvee” avtomobilləri verməyi nəzərdən keçirir. Kiyevə yeni hərbi yardım paketi 750 milyon dollar dəyərində olacaq.