Rusiya niyə general Dvornikovu gətirdi?

10:40 13 Aprel 2022

Rusiyanın ordu generalı Aleksandr Dvornikovu Ukraynadakı rus hərbçilərinə komandan təyin etməsi idarəçilik və nəzarəti mərkəzləşdirmək cəhdidir.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı Tvitterdə məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hərbi fəaliyyətini koordinasiya edə bilmədiyinə görə bu günə qədər Ukraynanı ələ keçirə bilməyib.

“Bir çox yüksək rütbəli rus generalı kimi, Dvornikov da Suriyada komandanlıq təcrübəsinə malikdir. O, 2016-cı ildən Rusiyanın Ukraynanın Donbas bölgəsi ilə həmsərhəd olan Cənub Hərbi Dairəsinə komandanlıq edib. Dvornikovun seçimi Ukrayna müqavimətinin Rusiyanı öz əməliyyatlarını yenidən qiymətləndirməyə necə məcbur etdiyini bir daha nümayiş etdirir”, - məlumatda deyilir.



Xəbər xətti