Luqansk və Donetsk vilayətlərinin əhalisi həqiqətən də bu gün təxliyə edilməlidir, çünki Donbas uğrunda döyüş çətin olacaq.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
“Aydın şəkildə başa düşmək lazımdır ki, Rusiya öz qüvvələrini toplayır və yaşayış məntəqələrini atəşə tutur. Onlar dinc insanları məhz belə öldürməyə, canlı qalxan kimi istifadə etməyə hazırdırlar”, - Yermak qeyd edib.