İsveç NATO fondu vasitəsilə Ukraynaya dəstək üçün 5 milyon avro ayıracaq.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət dəftərxanasının bu gün dərc olunmuş məlumatında deyilir.
“Dəstək əsasən kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri ilə mübarizə layihələrinə yönəldiləcək”, - məlumatda vurğulanır.
Həmçinin qeyd edilir ki, vəsait NATO-nun istəyi ilə köçürülür.