Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Böyük Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı olub.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında məlumat verib.
O, Böyük Britaniyadan Ukraynaya silah tədarükünü sürətləndirməyi xahiş edib:
Mən Böyük Britaniyaya Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasında liderlik etdiyinə görə minnətdaram”.
Tərəflər Rusiyanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün gələcək addımları müzakirə ediblər.