Mariupol yaxınlığında şəhəri ələ keçirməyə çalışan 10 mindən çox rus əsgəri var.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Qostomel şəhərinə səfəri zamanı bildirib.
“Onlar hələ də döyüşür və çox böyük qüvvə saxlayırlar - 10 mindən çox rus əsgəri Mariupol yaxınlığındadır”, - Reznikov vurğulayıb.