Rusiya ərazisində təxribat cəhdləri davam edərsə, Ukraynanın qərar qəbuletmə mərkəzlərinə zərbələr endiriləcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
“Biz Ukrayna qoşunlarının Rusiya Federasiyası ərazisindəki obyektlərə təxribat cəhdləri və zərbələr endirdiyini görürük. Belə hadisələr davam edərsə, Rusiya Federasiyası Silahlı Qüvvələri qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirəcək, Rusiya ordusu indiyədək bunu etməkdən çəkinib”, - Konaşenkov vurğulayıb.