Co Bayden administrasiyası Ukraynaya ötürülən kəşfiyyat məlumatlarını əhəmiyyətli dərəcədə artırır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.
Nəşrin iddiasına görə, Amerika kəşfiyyatı genişləndirilmiş məlumatları Ukraynaya ötürəcək ki, hərbçilər Donbasın nəzarət olunmayan hissəsində və ilhaq edilmiş Krımda işğalçı bölmələrə hücum edə, həmçinin bu əraziləri potensial olaraq geri qaytara bilsinlər.
Maraqlı məqam ondan ibarətdir ki, Donbas və Krımın qaytarılması ilə bağlı olan hissələr sonradan redaktə edilərək, məqalədən çıxarılıb. Lakin ilkin versiya "Quql keş"də qalıb.
Qeyd edək ki, kəşfiyyat məlumatlarının genişləndirilməsi ilə bağlı məlumatlar Vaşinqtonun Ukraynaya əhəmiyyətli miqdarda silah, xüsusən də artilleriya sistemləri ötürmək qərarından sonra yayılıb.