ABŞ ya Blinkeni, ya da Ostini Kiyevə göndərir

09:55 14 Aprel 2022

ABŞ Vladimir Zelenski ilə görüşmək, Ukraynaya dəstək göstərmək üçün dövlət katibi Entoni Blinken və Pentaqon rəhbəri Lloyd Ostin də daxil olmaqla Kiyevə nümayəndə göndərməyi düşünür.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib. Səfər üçün mümkün namizədlər arasında dövlət başçısı Co Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də adı çəkilir. Lakin mənbələrə görə, ən çox ehtimal olunan ssenari ölkənin diplomatik və ya müdafiə departamentinin rəhbərinin Kiyevə getməsidir.



Xəbər xətti