Mariupolda “Azov” alayı ilə birləşən dəniz piyadalarının 36-cı briqadasının döyüşçülərindən bəziləri əsir götürülüb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.
“Deməliyəm ki, 36-cı briqadanın bəzi hərbçiləri əsir götürülüb. Bu min nəfər deyil, daha azdır. Min nəfərin əsir götürüldüyü tamamilə cəfəngiyyatdır. Hərbçilərin bir çoxu mühasirəni yarıb keçməyi bacarıb, az bir qismi isə əsir götürülüb. Mühasirəni yarıb keçməyi bacaran həmin hissə döyüşməyə hazırdır”, - o bildirib.