Bu söz Rusiyanın əməlini tam ifadə edir - Trudo

11:51 14 Aprel 2022

Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri və Rusiyanın Ukraynada apardığı müharibə soyqırımdır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo deyib.

O bildirib ki, “soyqırım” sözü Rusiyanın Ukraynaya hücumlarının düzgün təsviridir:

“Hesab edirəm ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə dair soyqırım sözünü işlətmək tamamilə doğrudur”.

Trudo əlavə edib ki, Kanada Kreml rəhbərini hərbi cinayətlərinə görə məsuliyyət daşımağa məcbur etmək üçün Haaqa Beynəlxalq Məhkəməsində iş başladan ilk ölkələrdən biridir.



Xəbər xətti