Fransa prezidentliyinə namizəd, ultra-sağçı Marin Le Pen Ukraynada baş verənləri soyqırım adlandırmaqdan imtina edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Le Pen bunu “France 2” telekanalına açıqlamasında deyib.
“Soyqırım hüquqi baxımdan son dərəcə aydın tərifdir və hazırda məlum olan faktlarla uyğun gəlmir”, - Le Pen bildirib.