Rusiyanın Ukraynadakı itkiləri- SON RƏQƏMLƏR

13:50 14 Aprel 2022

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

SİTAT.İNFO bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, Ukraynaya geniş həcmli hücuma başlayandan Rusiya tərəfinin şəxsi heyətində itkilər 19 600-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 753 tankı, 1 968 zirehli döyüş maşını, 366 artilleriya sistemi, 122 reaktiv yaylım atəş sistemi, 64 HHM sistemi, 160 təyyarəsi, 144 helikopteri, 1 437 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 134 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.

 



Xəbər xətti