Rusiya Şimali Koreyadan heç vaxt silah istəməyib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora deyib.
“Müdafiə naziri Sergey Şoyqu heç vaxt Şimali Koreyaya getməyib. Ümumiyyətlə, son 3 ildə Pxenyana heç bir rus nümayəndə heyəti getməyib. Rusiya tarix boyu Şimali Koreya tərəfinə raket və ya hər hansı digər hərbi texnikanın tədarükü xahişi ilə müraciət etməyib”, - səfir bildirib.