Böyük qlobal neft treyderləri AB-nin Rusiyaya sanksiyalarını pozmamaq üçün mayın 15-dən etibarən Rusiya dövlət neft şirkətlərindən neft və yanacaq alışlarını dayandırmağı planlaşdırır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Rusiya neftinin əsas alıcısı olan “Trafigura” şirkətindən bildirilib ki, onlar tətbiq olunan bütün sanksiyalara tam uyğun addım atacaqlar:
“Biz mayın 15-dən ticarət həcmlərimizin daha da azalacağını gözləyirik”.
Qeyd edək ki, “Vitol” şirkəti Rusiya nefti ilə ticarət həcmini ikinci rübdə əhəmiyyətli dərəcədə azalacağını və 2022-ci ilin sonuna qədər tam dayandırılacağını açıqlamışdı.