Ölkə hakimiyyəti Ermənistan və “Qarabağ”a dövlətçiliyi qoruyub saxlamaq üçün yol açır. Biz elə bir yol açırıq ki, xalqımızı “qurbanlıq quzu” statusundan çıxaraq.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan suveren ölkədir və biz nəyisə özümüz həll etmək hüququnu qaytarmalıyıq:
“Çünki biz bir ölkəyik, qurbanlıq quzu deyilik ki, bizim necə kəsiləcəyimizi müxtəlif yerlərdə onlar qərar versinlər. Gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyəm”.