30 ukraynalı əsirlikdən azad edildi

17:00 14 Aprel 2022

Aprelin 14-də əsirlərin 4-cü dəyişdirilməsi baş tutub. 22 hərbçi və 8 mülki şəxs azad edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

“Prezident Zelenskinin fərmanına əsasən, bu gün hərbi əsirlərin növbəti dəyişdirilməsi prosesi baş tutub. 5 zabit və sıravi heyətdən 17 hərbi qulluqçu əsirlikdən azad olunub. Eləcə də 8 mülki şəxs azad olunub ki, onların da biri qadındır”, - Vereşuk bildirib.



Xəbər xətti