Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə yaxın günlərdə telefon danışığı planlaşdırır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bildirib ki, özü Lavrov və Kuleba ilə daimi əlaqə saxlayır:
“Moskva ilə Kiyev arasında danışıqlarda ab-hava dəyişib. Lakin biz ümidimizi itirmirik, liderlərin görüşünün təşkili, davamlı atəşkəsə nail olmaq üçün diplomatik səylərimizi davam etdiririk”.
Türkiyəli nazir əlavə edib ki, qarşıdakı günlərdə döyüşlər artarsa, atəşkəs razılaşmasına nail olmaq çətin olacaq.