Ukrayna Amerika istehsalı olan “MQ-9 Reaper” ağır pilotsuz uçuş aparatı almaq üçün danışıqlar aparır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Bildirilib ki, Ukrayna rəsmiləri istehsalçı şirkət “General Atomics”in rəhbərliyi ilə görüşlər keçirib.
Məlumata görə, ABŞ administrasiyasının dəstəyi ilə bu PUA-lar bir neçə gün ərzində Ukrayna ordusuna göndərilə bilər.