Rusiyanın yaxın hədəfi Donbas uğrunda genişmiqyaslı savaşda 44 minlik Ukrayna ordusunu mühasirəyə almaq və ələ keçirməkdir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski “BBC Nyus”a müsahibəsində deyib.
Zelenski bildirib ki, Ukraynanın şərqində ölkənn silahlı qüvvələri üçün daha gərgin situasiya yaranıb, ancaq məhz orda ən güclü hərbi birliklər cəmləşib:
“Rusiya ordusu guya insanları millətçilərdən azad etmək üçün gəlib. Reallıqda isə onlar bu əraziləri həyatdan “azad” etdilər. Bu, “rus dünyasıdır”... Onlar bizi məhv edə bilərlər, ancaq biz cavab verəcəyik: onlar öldürə bilərlər, ancaq onlar da öləcək. Mən anlaya bilmirəm ki, onlar nəyin naminə, nəyə görə gəliblər”.
Qeyd edək ki, Rusiya ordusunun Donbasda cəmləşməsi prosesi gedir. Rusiya şərqdə Ukrayna ordusunu açıq döyüşə çəkmək və məhv etmək istəyir.