Rusiya qoşunları Xersona gedən yolun üzərində yerləşən Ukraynanın Oleşki şəhərinə daxil olublar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Oleşki şəhərinin meri Yevgeni Rişçuk məlumat yayıb.
O, qeyd edib ki, düşmən hərbçiləri yerli administrasiyanın binasında artıq Rusiyanın bayrağını asıblar.
Mer sakinləri küçəyə çıxmamağa çağırıb, çünki orada Rusiya patrulları olacaq.