Rusiyanın rüsvayçılığı: "Moskva" niyə yandı?

00:04 15 Aprel 2022

Qara dənizdə “Moskva” kreyserinin vurulması Rusiyanın səriştəsizliyindən xəbər verir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə NYT-ya yüksək çinli amerikalı məmur deyib.

O, rus kreyserinin Ukrayna raketi ilə vurulduğunu və ya təsadüfi yanğın nəticəsində zədələndiyini dəqiq bilməsə də, hər iki versiyanın Rusiyanın böyük səriştəsizliyinin göstəricisi olduğunu söyləyib.

Bildirilib ki, məhz ekipaj heyətinin səhlənkarlığı nəticəsində yanğın sursat anbarının kəndarına kimi çatıb.

Mənbə kreyserin raketlə vurulmasının mümkünlüyünü də əlavə edib.

O da vurğulanıb ki, belə bir hərbi gəmiyə dəyən ciddi ziyan Rusiya Hərbi Dəniz Qüvvələri üçün ciddi utancdır və Donbasda böyük döyüşlərin getdiyi zamanda ukraynalıların döyüş əhval-ruhiyyəsini yüksəldəcək.



Xəbər xətti