Rusiya hələ də Kiyevə zərbə endirə bilər - Pentaqon

10:24 15 Aprel 2022

Rusiya hələ də Kiyev və Ukraynanın digər şəhərlərinə raket hücumu edə bilər.

Sitat.info Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi deyib.

“Bəli, təbii ki, Rusiyanın Kiyevə zərbə endirmək imkanı var. Rusiya öz qoşunlarını Ukraynanın paytaxtından, Çerniqovdan, Ukraynanın şimal hissəsindən çıxarmağa başlayanda belə, ABŞ bu təhlükənin qaldığını demişdi. Biz bu barədə dəfələrlə, hətta Rusiya qoşunlarının çıxarılması və yerdəyişməsinin ilkin mərhələlərində də danışmışıq”, - o bildirib.

Kirbi qeyd edib ki, Rusiya hələ də qanadlı və ballistik raketlər kimi uzaqmənzilli zərbə imkanlarına malikdir.



Xəbər xətti