NATO-nun 1-ci daimi hərbi-dəniz qrupunun gəmiləri Baltik dənizinə daxil olub və müttəfiq qonşu ölkələrin təlimlərində iştirak edəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.
“Bu qrup 5 gəmidən ibarətdir və ona Niderland Kral Hərbi Dəniz Donanmasının freqatı rəhbərlik edir. Gəmilərin bir hissəsi artıq Baltik sularına daxil olub, digərləri də Tallin limanına yan alacaq”, - məlumatda qeyd olunub.