51-ci gün: Ukraynanın itkiləri yeniləndi

12:13 15 Aprel 2022

Rusiya MN müharibənin 51-ci günü üçün Ukraynanın itkilərini yeniləyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi İqor Konaşenkov mediaya açıqlamasında deyib.

“Xüsusi hərbi əməliyyatın başladığı gündən (24 fevral) indiyədək düşmənin 132 təyyarəsi, 105 helikopteri, 245 zenit-raket kompleksi, 456 PUA-sı, 2213 tankı və digər zirehli hərbi texnikası, 249 reaktiv yaylım atəş sistemi, 966 artilleriya və minaatan, 2110 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti