Böyük beynəlxalq daşıma şirkətləri Rusiya mallarını daşımaqdan imtina edirlər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyi bildirib.
“Hazırda bir sıra iri beynəlxalq daşıyıcıların əməkdaşlıqdan imtina etməsi nəticəsində yaranan müəyyən çətinlikləri aradan qaldırmaqla məşğuluq”, - nazirlikdən bildirilib.