Ukraynanın iki gün öncə Qara dənizdə vurduğu “Moskva” kreyserindən 54 nəfəri Türkiyə gəmisi xilas edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas Tvitter səhifəsində paylaşıb.
“Gecə saat 02:00-da Türkiyə gəmisi kreyserdən 54 nəfəri xilas etdi və saat 03:00 radələrində Türkiyə və Rumıniya gəminin tamamən batdığını bildirdi. Gəmidə 485 nəfərlik şəxsi heyət var idi. Ölənlərin sayı bəlli deyil”, - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya MN kreyserin vurulduqdan bir gün sonra yedəklənmə zamanı batdığını açıqlamışdı.