Satqın mer Rusiyaya qaçdı

20:30 15 Aprel 2022

Ukraynanın Kupyansk şəhərinin satqın meri Gennadi Matseqor Rusiyaya qaçıb.

Sitat.info Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

“Kupaynsk merindən danışdıqda öncə onun xəyanətkar olduğunu deməliyik. Məlumata görə, o öz ailəsi ilə Rusiyaya gedib”, - deyə Sinequbov bildirib.

Qeyd edək ki, Gennadi Matseqor Kupyansk şəhərini razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf etmişdi.



Xəbər xətti