Bir neçə həftədir ki, Vaşinqton və Kiyevdəki yüksək vəzifəli Ukrayna rəsmiləri Rusiyaya qarşı yeni cəbhə açmaq və Rusiyanın işğalını dəf etmək üçün Pentaqondan gəmi əleyhinə raketlər və digər sahil müdafiə silahları istəyirlər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ bu həftə elan edilən 800 milyon dollarlıq yardım paketinə sahil müdafiəsi aktivlərini əlavə etməklə bu istəklərə cavab verib:
“Çərşənbə günü keçirilən görüşdə Pentaqon yüksək rütbəli rəsmiləri həmçinin bildiriblər ki, hərbi podratçılar ABŞ-ın ukraynalılara tədarük edə biləcəyi əlavə gəmi əleyhinə raketlər üçün təkliflər hazırlamalıdırlar”.
Rəsmilər bildiriblər ki, “Moskva” kreyserinin batması həm Ukraynanın öz silahlarının gücünü, həm də hərbi əməliyyatların Ukrayna şəhərlərindən Rusiyanın dominantlıq etdiyi dənizə qədər genişləndirilməsinin strateji əhəmiyyətini nümayiş etdirib. Gəminin batması Rusiyanın hərbi planlarına zərbədir.