ABŞ Rusiyaya tətbiq edilən sanksiyalardan yayınma ilə mübarizə üçün yeni tədbirlər görüb. Onlar yaxın bir-iki həftə ərzində elan ediləcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Ağ Ev yaxın günlərdə bu məsələni aktuallaşdıracaq:
“Düşünürəm ki, yaxın bir-iki həftə ərzində Rusiyanın sanksiyalardan yayınmasına kömək etməyə çalışanlar barədə məlumat alacağıq. Üstəlik, həm Rusiya Federasiyası daxilində, həm də ondan kənarda. Və onlar bizim hədəfimiz olacaqlar”.