Türkiyədə kərə yağının ixracı qadağan edildi

10:05 16 Aprel 2022

Türkiyədə aprelin 18-dən etibarən kərə yağı və qaymağın ixracı dayandırılacaq.

Qafqazinfo Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi yayıb. 

Məlumata görə, sözügedən qərar turizm mövsümündə və ilin ikinci yarısında ərzaq təhlükəsizliyində problemlərin yaşanmaması üçün verilib. 

Kərə yağı və qaymaq ixracına qoyulan sözügedən qadağanın nə vaxt ləğv ediləcəyi açıqlanmayıb.



Xəbər xətti