ABŞ Qüdsdə Məscidi-Aksada baş verən son hadisələrdən dərin narahatlıq keçirir.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz bütün tərəfləri təmkinli olmağa, təxribatçı hərəkətlərdən və ritorikadan çəkinməyə, eyni zamanda Məscidi-Aksada tarixi status-kvonu qorumağa çağırırıq. Fələstin və İsrail rəsmiləri gərginliyi azaltmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün birgə çalışmalıdır. Dövlət Departamenti hadisələri diqqətlə izləyir və gərginliyi azaltmaq üçün həm İsrail, həm də Fələstin rəsmiləri ilə sıx əlaqə saxlamağa davam edəcək”, - Prays bildirib.
Qeyd edək ki, Məscidi-Aksanın həyətindən toplaşan gənclər səhər namazından sonra İsrail polisinə daş atıb. İsrail polisi rezin güllələrdən və səs bombalarından istifadə edərək gənclərə müdaxilə edib.