Türkiyə bu vilayətində neft axtarışlarına başlayır

11:57 16 Aprel 2022

Türkiyənin TPAO şirkətinə (Türkiyə Petrolları Anonim Ortaqlığı) Adana vilayətində neft axtarışlarına başlaması üçün lisenziya verilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi müvafiq qərar qəbul edib.

Qərara əsasən, şirkət 5 il müddətində 15 min 398 hektar ərazidə neft yataqlarının kəşfiyyatı ilə bağlı işlər aparacaq.



Xəbər xətti