Akar Reznikovla danışdı

12:00 16 Aprel 2022

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, H.Akar telefon danışığı zamanı atəşkəsin dərhal elan olunmasının önəmini qeyd edib, Türkiyə vətəndaşları ilə dinc sakinlərin quru və dənizdən təxliyəsinin təcililiyini bildirib, Ukrayna limanlarında gözləyən Türkiyəyə aid ticarət gəmilərinin təhlükəsizliyi, habelə Türkiyəyə çatdırılmasının təmin edilməsi məsələlərini müzakirə edib.

Türkiyəli nazir ölkəsinin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni edəcəyini vurğulayıb.



Xəbər xətti