Fransa prezidentliyinə namizəd, ultra-sağçı Marin Le Pen çadra ilə bağlı vədi müsəlmanlar tərəfindən şiddətlə qarşılanıb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Le Penin çıxışında “Açıq yerlərdə çadranı qadağan edəcəm” vədi sosial şəbəkələrdə müsəlmanların etirazlarına səbəb olub.
Le Penin bu fikirlərinin yeni böhran yaradacağı vurğulanır.
Qeyd edək ki, 2015-ci ildə müsəlmanları küçədə namaz qıldıqlarına görə sərt formada tənqid edən Le Pen, ayrı-seçkilik, zorakılıq və ya nifrətə sövq etməkdə günahlandırılıb. Bu səbəbdən də Avropa Parlamenti onun toxunulmazlığını ləğv etmişdi.