Türkiyə ordusunun Quru Qoşunları Komandanlığına aid zirehli döyüş maşınlarına (ZMA) əlavə edilən NEFER pilotsuz idarəedilən sistemin sınaqları uğurla davam etdirilir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O bildirib ki, modernləşdirilmiş zirehli döyüş maşınları cari ilin ikinci yarısından etibarən Türkiyə ordusuna təhvil veriləcək:
“Bununla da döyüş meydanlarında texnikalarımızın zərbəyə davamlığını, hədəfi vurma qabiliyyətini əhəmiyyətli dərəcədə artırırıq”.