Yeni Müsavat Qəzeti
Avropa İttifaqı İtaliyaya 21 milyard avro ayırıb
Avropa İttifaqı (Aİ) İtaliyaya 21 milyard avro vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu vəsait İtaliya ilə bağlı milli bərpa və dayanıqlılıq planı üzrə ilk hissənin ödənişidir.
Həmin məbləğin 10 milyard avrosu geri qaytarılmayan qrantlar və 11 milyard avrosu isə kreditlər şəklində verilib.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Mario Draqiyə ünvanlandığı məktubda İtaliyanın bərpa və dayanıqlıq planının tam şəkildə həyata keçirilməsi üçün əməkdaşlığı növbəti illərdə də davam etdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, İtaliya hökuməti pandemiya dövründə artan enerji xərclərinin ev təsərrüfatlarına və şirkətlərə təsirini azaltmaq üçün 16 milyard avrodan çox vəsait xərcləyib.