Zelenski Ukraynanı düşünürsə, Donbasdan çıxsın - Volodin

10:35 17 Aprel 2022

Vladimir Zelenski qoşunları Donbasdan çıxarmalı, Krımın tanınması, bloka qoşulmamaq statusu və denasifikasiya ilə bağlı öhdəlikləri müəyyənləşdirməlidir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Əgər Zelenski Ukrayna vətəndaşlarını düşünürsə, dərhal müəyyən qərarlar verməlidir. Birinci, “donetsk” və “luqansk xalq respublikaları”nın ərazisindən qoşunlar çıxarılsın. İkinci, razılaşma əsasında Krımın tanınması, Ukraynanın bloka daxil olmamaq statusu, eləcə də ölkənin denasifikasiyası və demilitarizasiyası”, - Volodin bildirib.



Xəbər xətti