ABŞ tənəzzülə doğru getməsinin qarşısını almaq üçün qurban verir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu kanadalı politoloq Radika Desai Ukrayna müharibəsindən bəhs edən məqaləsində bildirib.
Desainin sözlərinə görə, Vaşinqtonun başlatdığı hibrid müharibələr bir ildən artıqdır ki, ABŞ-ın iqtisadi və hərbi tənəzzülünü gizlətmək, həmçinin Ağ Evin nəzarətindən kənarda yeni dünya mərkəzlərinin yaranmasının qarşısını almaq məqsədi daşıyır.